-1 C
Baku
Sunday, December 15, 2024

Aİ “Libra”ya qarşı mübarizə aparmaq üçün öz kriptovalyutasını buraxmaq istəyir

Gələcək “Libra” kriptovalyutası ilə bağlı Mark Zuckerberg-in həvəsləndirici bəyanatlara baxmayaraq, layihənin əleyhdarları günü-gündən çoxalır.

Almaniyanın Maliyyə Nazirliyi “Libra” ya qarşıdır

Banker.az xəbər verir ki, son zamanlar Avropanın digər ölkələri arasında “Libra” ilə mübarizədə Almaniya seçilir. Bu dəfə ölkənin maliyyə naziri kriptovalyutaya qarşı olan mənfi münasibətini bildirərək, yeni təklif irəli sürüb: nazir “Libra” nı qadağan edilməsini deyil, “Facebook”-dan layihə üzərində işləməyi dayandırmağı tələb edib.

Olaf Scholz-un fikrincə, “Libra” Avropa ölkələrinin suverenliyi üçün əsas təhlükələrdən biridir. Qeyd edildiyi kimi, ölkənin suverenliyi valyutanın emissiyası üzərindəki nəzarətə əsaslanır və dövlət bu səlahiyyəti əldən verə bilməz.

Almaniya sona qədər mübarizə aparmağa hazır olduğunu bildirib, son variant kimi Avropa İttifaqının öz kriptovalyutasını buraxması nəzərdən keçirilir. Scholz-un sözlərinə görə, avronun rəqəmsal analoqu daha çevik və ucuz olacaqdır.

Maraqlıdır ki, “Facebook” dünyanın ən böyük iqtisadiyyatlarını öz kriptovalyutasını buraxmağa sövq edib. Birinci Çin, sonra ABŞ və bütün Avropa. “Libra” layihəsi öz işini dayandırdığı təqdirdə belə rəqəmsal valyutalar dövriyyəyə buraxılacaqdır.

Son xəbərlər
Digər xəbərlər