Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel 2023-cü ilin birinci yarısında Çinə səfər edə bilərlər.
Bu barədə Çinin Avropa İttifaqındakı səfiri Fu Tsun “Global Times” nəşrinə açıqlamasında bildirib.
O, Aİ-nin iki yüksək səviyyəli rəsmisinin səfərinə hazırlıqların yaxşı getdiyini bildirib. Səfir, Çin və Avropa İttifaqı arasında münasibətlərin bərpası ilə bağlı çox optimist olduğunu vurğulayıb:
“Pekin Ukrayna məsələsində Aİ-nin bəzi mövqeləri ilə tam razı deyil, lakin bu məsələ Çin və Avropa arasında münasibətlərin inkişafına təsir göstərməməlidir. Aİ Ukrayna məsələsində həddən artıq emosional olmaqdan çəkinməlidir. İnsanların istəkləri ola bilər, amma həqiqətlə üzləşməlidirlər. Əks halda bu müharibə uzanacaq”.