14 C
Baku
Thursday, November 21, 2024

Aİ liderləri Trampın qələbəsi ilə bağlı təcili müzakirə aparacaqlar

Avropa İttifaqı (Aİ) liderləri noyabrın 7-8-də Budapeştdə keçiriləcək sammitdə Donald Trampın ABŞ prezidenti seçkilərində qələbəsindən sonra Aİ-nin gələcək addımları ilə bağlı təcili müzakirə aparacaqlar.

Bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

Əsas müzakirə mövzuları Aİ ilə ABŞ arasında yeni ticarət müharibəsi riskləri və Vaşinqtonun Kiyevə dəstəyinin azalması ilə bağlı olacaq.

“Budapeştdə keçiriləcək qeyri-rəsmi sammit liderlərin Aİ-nin Trampın qələbəsinin nəticələrinə hazırlıqla bağlı təcili müzakirə aparması üçün yaxşı fürsət olacaq. Bu hadisə iki əsas risklə – ABŞ ilə iqtisadi münasibətlərin mürəkkəbləşməsi, hətta yeni ticarət müharibəsinin başlanması və Ukraynaya hərbi yardımın azaldılması mümkünlüyü ilə əlaqələndirilir “, – diplomat qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər