Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya üzvlüyə namizəd statusunu vermək barədə razılığa gəliblər, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Mənbələrə görə, bu addım bu həftə, Aİ liderlərinin iyunun 23-24-də keçiriləcək sammitində atılacaq. Bundan əlavə, ölkələr Moldova və Gürcüstana da namizəd statusunun verilməsini müzakirə edəcəklər.
Kiyevin Aİ-yə namizəd statusu təsdiq olunsa, Ukrayna hökuməti ittifaqa daxil olmaq üçün bir sıra şərtləri yerinə yetirməli olacaq: Ali Məhkəməyə hakimlərin təyin edilməsi prosedurunu qanuniləşdirmək, korrupsiyaya qarşı mübarizəni gücləndirmək, çirkli pulların yuyulması və oliqarxiya ilə mübarizəyə dair qanunların qəbulu, bu sahədə qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmaqla mediada qərəzliyi aradan qaldırmaq, milli azlıqların hüquqları ilə bağlı hüquqi islahatları başa çatdırmaq .
Qeyd olunur ki, Avropa Komissiyası bütün məqamlar üzrə irəliləyişi diqqətlə izləyəcək və gələn il müvafiq hesabat təqdim edəcək.