Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Nikolas Maduronu Venesuelanın qanuni prezidenti kimi tanımamaq barədə razılığa gəliblər, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.
“Biz qərara gəldik ki, Maduronun seçilmiş prezident kimi legitimliyini qəbul edə bilmərik. Buna baxmayaraq, o, təbii ki, ölkənin faktiki prezidenti olaraq qalacaq”, – deyə Borrell söyləyib.
Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Ölkənin Milli Seçki Şurasının məlumatına görə, Nikolas Maduro 51.2% səs toplayıb. Avqustun 4-də Josep Borrell bildirib ki, Aİ Venesueladakı seçkilərin nəticələrini tanımır və ölkə hakimiyyətinin səslərin hesablanmasının bütövlüyünü təsdiq edəcək sübut təqdim etməyib.