13 C
Baku
Tuesday, May 7, 2024

Aİ “Microsoft” və “Activision Blizzard”ın 69 milyardlıq müqaviləsini təsdiqləyib

Avropa Komissiyası (AK) “Microsoft” ilə Amerikanın video oyun tərtibatçısı “Activision Blizzard” arasındakı 68.7 milyard dollarlıq müqaviləni təsdiqləyib. Bu barədə AK-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

“Avropa Komissiyası Aİ-nin şirkətlərin birləşməsi qaydalarına uyğun olaraq, “Microsoft” Korporasiyası tərəfindən “Activision Blizzard”ın alınması təklifini təsdiq edib”, – mesajda deyilir.

Tənzimləyici “Microsoft”dan iki şərti yerinə yetirməyi tələb edib. Birinci şərt Aİ-dəki bütün istehlakçılara hər hansı mövcud axın platformalarından istifadə edərək, “Activision Blizzard” oyunlarını yayımlamağa icazə verməkdən ibarətdir.

İkinci şərt isə bütün Avropa axın platformalarına “Activision Blizzard” oyunları üçün bu xidmətdən istifadə etmək hüququnun verilməsini nəzərdə tutur.

Keçən ilin yanvarında “Microsoft” dünyanın ən böyük oyun tərtibatçılarından biri olan “Activision Blizzard”ı 68.7 milyard dollara almağı planlaşdırdığını açıqlayıb. ABŞ Federal Ticarət Komissiyası sövdələşməni əngəlləməyə çalışacağına söz verib, çünki tənzimləyicinin fikrincə, “Microsoft” buraxılmış oyunların keyfiyyətinə xələl gətirəcək “Activision Blizzard” məhsullarının qiymətlərini manipulyasiya edə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər