9 C
Baku
Monday, November 18, 2024

Aİ müharibə başlayandan Ukraynaya 77 min tondan çox yardım göndərib

Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevral ayından indiyədək Ukraynaya 77 min tondan çox yardım göndərib.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviter səhifəsində yazıb.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, bu yardıma dərmanlar, ərzaq məhsulları, sığınacaq əşyaları kimi ilkin zərurət əşyaları, həmçinin yanğınsöndürən maşınlar və mobil xəstəxanalar daxildir.

“Avropanın Ukrayna ilə həmrəyliyi getdikcə güclənir”, – Ursula fon der Lyayen vurğulayıb.

AK rəhbəri qeyd edib ki, Aİ gələn il üçün Ukraynaya ayrılan 18 milyard avronu müntəzəm olaraq ödəyəcək.

Son xəbərlər
Digər xəbərlər