16 C
Baku
Monday, April 29, 2024

Aİ nazirləri bu gün Ukrayna taxılının ixracı yollarını müzakirə edəcəklər

İyulun 25-də Brüsseldə Avropa ittifaqının (Aİ) kənd təsərrüfatı nazirləri Rusiyanın Ukraynanın limanlarına hücumları fonunda Ukrayna taxılının ixracı yollarını müzakirə edəcəklər.

Bu barədə Bloomberg məlumat yayıb.

Qeyd olunur ki, nazirlər Ukraynanın liman infrastrukturuna hücumlar nəticəsində Rusiyanın vurduğu zərərin qiymətləndirilməsini davam etdirirlər.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması qlobal humanitar böhran təhlükəsi yaradıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər