“Avropa İttifaqını (Aİ) energetika nazirləri Rusiyanın kəmərlə ixrac olunan təbii qazının qiymətinə limitin qoyulması ilə bağlı razılığa gəlməyiblər”.
Bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
Onun sözlərinə görə, Avropa Komissiyasına mavi yanacağın bütün növlərinə, o cümlədən mayeləşdirilmiş təbii qaza (LNG) məhdudiyyətlərin tətbiqi imkanlarının öyrənilməsi tapşırılıb.