Avropa İttifaqının enerji nazirləri cümə günü fövqəladə iclasda yüksək enerji qiymətləri ilə bağlı vəziyyəti yumşaltmaq üçün yeni tədbirlər haqqında razılığa gələ bilərlər.
Bu barədə Aİ Şurasının iclas materiallarında deyilir.
“Aİ-nin energetika nazirləri enerji daşıyıcılarına olan yüksək qiymətlərə cavab vermək üçün fövqəladə müdaxilə Şurasının tənzimlənməsi layihəsi ilə bağlı siyasi razılıq əldə etməyə çalışacaqlar”, – materiallarda qeyd olunur.
Ümid edilir ki, qeyd olunan məsələ bu gün razılaşdırılacaq.
***
Avropa İttifaqı enerji nazirləri cümə günü keçirilən növbədənkənar iclasda yüksək enerji qiymətlərinə cavab olaraq yeni tədbirlər haqqında razılığa gəliblər.
Bu barədə Aİ Şurasında Çexiya nümayəndəliyi məlumat yayıb.
“Nazirlər elektrik enerjisinin yüksək qiymətlərini yumşaltmaq üçün tədbirlərlə bağlı siyasi razılığa gəliblər”, – nümayəndəliyin “Twitter“ hesabında etdiyi paylaşımda bildirilir.
Bu tədbirlərə Aİ-də elektrik enerjisinə tələbatın mütləq şəkildə azaldılması, ucuz mənbələrdən elektrik enerjisi istehsal edən şirkətlərə qarşı mənfəət limitinin tətbiq edilməsi, eləcə də, ənənəvi enerji mənbələri sektorunda əldə edilən mənfəətdən “həmrəylik ödənişi”nin edilməsi də daxildir.