Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısının ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcəyini açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası ilə əlaqədar Nyu-Yorkda Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirib.
Yığıncaqdan sonra mətbuata açıqlama verən C.Borrell deyib: “Aİ və üzvlərinin BMT Baş Assambleyası çərçivəsində 133 ölkə nümayəndəsi ilə görüşəcəyik. Əsas mövzular iqlim dəyişikliyi, davamlı inkişaf məqsədləri, beynəlxalq maliyyə bazasında islahatlar və Rusiya-Ukrayna müharibəsidir.
Biz sülh formulu naminə mümkün qədər çox BMT üzvünün dəstəyini təmin etmək üçün Ukrayna ilə çalışmağı davam etdirmək istəyirik. Buna görə bütün tərəfdaş nazirlərimizlə intensiv görüşlərimizi sürdürəcəyik.
“Toplantıda Aİ xarici işlər nazirləri Ukraynaya veriləcək təhlükəsizlik öhdəliklərini müzakirə etdi. Önümüzdəki həftələrdə xarici işlər nazirlərinin görüşünün ilk dəfə Kiyevdə keçiriləcəyi qərarına gəldik”.