18 C
Baku
Şənbə, May 21, 2022

Aİ neft sektorunda Rusiyaya qarşı sanksiyaları genişləndirib

Aprelin 8-də qüvvəyə minən Avropa İttifaqının (Aİ) beşinci sanksiya paketi Avropa biznesi üçün Rusiyaya neft emalı və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün avadanlıq və texnologiyaların tədarükünə qoyulan qadağanı genişləndirib.

Bu barədə Aİ Şurasının yeni sanksiyalar paketi və bu qərara əlavələr haqqında Aİ-nin Rəsmi Jurnalında dərc olunmuş qərarında deyilir.

Aİ ilk dəfə 2014-cü ilin iyulunda Rusiyaya neft hasilatı, o cümlədən də qütb enliklərində və şelfdə hasilat üçün avadanlıq və texnologiyaların tədarükünə məhdudiyyətlər tətbiq edib və yeni sanksiyalar paketi qəbul edildikdən sonra təchizat üçün qadağan olunmuş avadanlıqların siyahısı da genişləndirilib.

Aİ Şurasının qərarına əlavəyə əsasən, Aİ öz şirkətlərinə qazın soyudulması və mayeləşdirilməsi sistemləri, LNG istehsalı və neft emalı zamanı karbohidrogenlərin fraksiyalara ayrılması üçün avadanlıqlar, neft emalının müxtəlif mərhələləri üçün geniş çeşiddə kimyəvi avadanlıqların Rusiyaya tədarükünə icazə vermir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər