3 C
Baku
Saturday, December 14, 2024

Aİ Nigerə hərbi missiya göndərməyi planlaşdırır

Avropa İttifaqı (Aİ) Nigerin ​​Sahel bölgəsində münaqişənin həlli üçün sülhməramlı missiya yerləşdirməyi nəzərdən keçirir.

Bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qərar dekabrın ortalarında verilə bilər. Gələn il missiyanın bölgəyə göndəriləcəyi gözlənilir. Missiya üç il müddətində fəaliyyətdə olacaq.

Məqsəd Niger silahlı qüvvələrinə təlim keçmək, hərbi qurumları dəstəkləmək və silahlarla təmin etmək olacaq. Vəsaitin hazırda Aİ ölkələrindən Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü birgə maliyyələşdirən Avropa Sülh Fondundan ayrılması gözlənilir.

Son xəbərlər
Digər xəbərlər