Avropa Komissiyasının (AK) Enerji Departamentinin baş direktorunun müavini Metyu Bolduin Aİ-nin Nigeriyadan mayeləşdirilmiş təbii qaz idxalını artırmaq niyyətini açıqlayıb.
Bolduinin sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra Avropa ölkələri qaz almaqda çətinliklər yaşayır. Nigeriyada keçirilən danışıqlarda o, Aİ-nin Rusiyadan yanacaq tədarükünün tamamilə dayandırılmasından ehtiyatlanmasından da danışıb. Bolduin izah edib ki, qərara səbəb məhz budur.
Bu gün Avropanın qaz idxalında Nigeriyanın payı 14 faiz təşkil edir.
Bolduin qaz təchizatında Rusiyanı əvəz edən Nigeriyanın böyük potensialından danışıb.