20 C
Baku
Sunday, October 5, 2025

Aİ-nin 19-cu sanksiya paketi Rusiya banklarına və neft ticarətinə zərbə vurmağa yönəlib

Avropa İttifaqı (Aİ) təxminən altı Rusiya bankı və enerji şirkətinə qarşı yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirir. Onlar Rusiyaya qarşı 19-cu məhdudiyyətlər paketinə daxil ediləcək, “Bloomberg” yazır.

Mənbələrin sözlərinə görə, Aİ həmçinin Rusiya ödəniş sistemlərinə diqqət yetirə və Rusiyadan neft ticarətinə əlavə məhdudiyyətlər qoya bilər. İttifaqa daxil olan ölkələr bəzi məhdudiyyətlərin tətbiqi çərçivəsində ABŞ ilə birləşmək niyyətindədirlər. Cari həftə Aİ nümayəndə heyəti bu məsələni müzakirə etmək üçün Vaşinqtona səfər etməlidir.

7 sentyabrda ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib ki, Vaşinqton Moskvaya qarşı sanksiya təzyiqini gücləndirməyə hazırdır, lakin bunu Avropa ölkələri ilə birlikdə həyata keçirmək istəyir. O dəqiqləşdirib ki, bu yolla ABŞ Rusiya və Ukrayna danışıqlarında irəliləyiş əldə etməyi planlaşdırır.

5 sentyabrda Aİ-nin enerji üzrə komissarı Dən Yorgensen bildirib ki, Aİ münaqişə bitdikdən sonra belə Rusiya enerji daşıyıcılarının idxalını bərpa etməməlidir. Həmin gün ABŞ prezidenti Donald Tramp isə bu məsələdə sərtlik göstərməyin Ukrayna üzrə danışıqlar prosesini poza biləcəyini vurğulayıb. Amerika lideri artıq bir neçə dəfə yeni anti-Rusiya sanksiyalarını tətbiq etməkdə tələsmədiyini nümayiş etdirib.

Son xəbərlər
Digər xəbərlər