13 C
Baku
Sunday, November 24, 2024

Aİ-nin anbarlarına vurulan qazın həcmi rekord səviyyədədir

Avropa İttifaqının yeraltı anbarlarına vurulan qazın həcmi oradan çıxarılan həcmləri iki dəfədən çox üstələyir və bu müddət üçün rekord göstəricini müəyyən edir.

Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Dekabrın 25-nə olan məlumata görə, Aİ ölkələrindəki anbarlarında çıxarılan qazın həcmi 89 mln. kubmetr təşkil edibsə, vurulan qazın həcmi 222 mln. kubmetr səviyyəsində olub.

Avropada istilik mövsümü noyabrın 14-də başlayıb və 42 gün ərzində anbarlardan 15.31 mlrd. kubmetr qaz çıxarılıb, bu da 25 dekabr tarixinə qeydə alınan əvvəlki beş ilin ortalama göstəricisindən 31 faiz bəndi çoxdur.

Hazırda Avropadakı qaz anbarları obyektləri 83.1% doludur (son beş ilin ortalama göstəricisində 11.55 faiz bəndi çoxdur) və orada 89.94 mlrd. kubmetr qaz var.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər