Bir sıra Avropa ölkələri Avropa Komissiyasının sanksiyalar siyahısına yeni Rusiya banklarının əlavə edilməsi ilə bağlı təklifləri ilə razılaşmayıb.
“Avropa Komissiyası da daha çox banka qarşı sanksiyalar təklif edə bilər, lakin bəzi ölkələr bu addıma qarşı çıxır”, – “Bloomberg” mənbələrə istinadən yazıb.
Bundan əvvəl KİV 4 Rusiya bankının, o cümlədən Rusiyanın ən böyük özəl bankı Alfa-Bankın Aİ-nin yeni sanksiyalar paketinə daxil edilə biləcəyini yazmışdı.