Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Ermənistana səfərə gedib.
“Sputnik Armenia” xəbər verir ki, o, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Tərəflər aprelin 6-da Brüsseldə keçirilən görüşün yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
Onlar həmçinin regionun iqtisadi və nəqliyyat infrastrukturunun açılması barədə fikir mübadiləsi aparıblar.