Aİ müdafiə nazirləri Ukraynaya tədarük edilən silahların Rusiya ərazisində istifadəsinə qoyulan məhdudiyyətlərin birgə ləğvi ilə bağlı razılığa gəlməyiblər.
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Brüsseldə 27 Aİ ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Üzv ölkələr qərara gəldilər ki, bu, ikitərəfli məsələdir, qərarı silah tədarük edən dövlətlər verməlidir. Aİ səviyyəsində strateji müzakirə aparılıb, lakin nazirlər məsələnin milli orqanların səlahiyyətində qalması barədə qərar veriblər”, – o bildirib.