13 C
Baku
Sunday, November 24, 2024

Aİ-nin on ölkəsi qaz anbarlarını 80%-dən çox doldurub

Avropa İttifaqı ölkələri yeraltı qaz anbarlarını orta hesabla 79.36% doldurublar.

Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.

Məlumata görə, sutka ərzində qaz anbarlarında doldurulma tempi 0.37 faiz bəndi təşkil edib.

Qeyd olunur ki, yeraltı qaz anbarlarına malik olan 19 Aİ ölkələrinin 10-da (Belçika, Çexiya, Danimarka, Fransa, Almaniya, İtaliya, Polşa, Portuqaliya, İspaniya və İsveç) anbarların qaz dolumluluq səviyyəsi 80%-i ötüb.

Xatırladaq ki, bu il Aİ ölkələri 1 noyabr 2022-ci il tarixinədək yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər