1 C
Baku
Saturday, December 14, 2024

Aİ-nin Rusiya neftindən imtina etməsi qiymətləri $185-a qaldıracaq – “JPMorgan”

Avropa İttifaqının (Aİ) Rusiya neftinin tədarükündən tez bir zamanda imtina etməzi bazarın gündə təxminən 4 milyon barel itirməsinə səbəb ola bilər ki, nəticədə “Brent” markalı neft 65% bahalaşaraq 185 dollara çatacaq.

Banker.az bu barədə “Vedmosti”ə istinadən xəbər verir.

Eyni zamanda bank analitiklərinin fikrincə, Rusiyadan kömür tədarükündən təxminən dörd ay ərzində mərhələli şəkildə imtina qiymətlərə əhəmiyyətli təsir göstərmədən həyata keçirilə bilər.

Bakı vaxtı ilə saat 19 aprel 19.33-ə olan məlumata görə, ICE London birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti bir barel üçün 107.8 dollar təşkil edib.

Avropa İttifaqının qarşıdan gələn altıncı sanksiyalar paketi çərçivəsində Rusiyanın iri banklarına, o cümlədən “Sberbank”a məhdudiyyətlərdən əlavə, bir çox “enerji” məsələlərini nəzərdən keçirib, bunu aprelin 17-sində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.

İtaliyanın Baş naziri Mario Draqi “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın enerji resursları üçün qiymətlərin yuxarı həddinin tətbiqi ideyası növbəti Aİ Şurasında müzakirə olunacaq.

Son xəbərlər
Digər xəbərlər