13 C
Baku
Şənbə, May 21, 2022

Aİ-nin Rusiyaya qarşı beşinci sanksiya paketinin hansı sahələri əhatə edəcəyi açıqlanıb

Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanksiya paketinin hansı sahələri əhatə edəcəyi məlum olub.

Yeni sanksiyaların müddəalarını Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen açıqlayıb.

O tviter səhifəsində yazıb: “Rusiya Ukaynanın dinc əhalisinə qarşı qəddar, amansız müharibə aparır. Bu gərgin məqamda təzyiqləri davam etdirmək lazımdır. Bu gün beşinci sanksiyalar paketini təklif edirik. Beləliklə, Rusiyadan ildə 4 milyard avro dəyərində kömür idxalına qadağa qoyulmasını, Rusiyanın 4 əsas bankında, o cümlədən Rusiyanın 2-ci ən böyük bankı olan VTB-də tam əməliyyat qadağası qoyulmasını, Rusiya və Belarus gəmilərinin Avropa İttifaqı ölkələrinin limanlarına çıxışının yasaqlanmasını, həmin ölkələrin avtomobil nəqliyyatı operatorlarına qadağan olunmasını, mühüm sahələrdə 10 milyard avro dəyərində əlavə ixrac qadağalarının tətbiq olunmasını təklif edirik”.

Son xəbərlər
Oxşar xəbərlər