5.9 C
Baku
Tuesday, March 5, 2024

Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi mövcud məhdudiyyətlərdən yayınmaqla mübarizəyə yönələcək

Rusiyaya qarşı növbəti – 11-ci sanksiyalar paketində Avropa İttifaqı əvvəllər tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yayınma ilə mübarizəyə ciddi diqqət yetirməyi planlaşdırır.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Aİ sammitinin birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

“11-ci sanksiya paketində biz ilk növbədə məhdudlaşdırıcı tədbirlərdən yayınma ilə mübarizəyə diqqət yetirəcəyik”, – o qeyd edib.

Eyni zamanda, fon der Leyen qeyd edib ki, hətta onuncu sanksiyalar paketi təsdiqlənəndə də Aİ-də bu istiqamətdə müəyyən tədbirlər görülüb.

O, 11-ci sanksiyalar paketi üzərində işə nə vaxt başlamasının planlaşdırıldığını dəqiqləşdirməyib.

Son xəbərlər
Digər xəbərlər