Avropa İttifaqının (Aİ) mülki missiyası bu gün Ermənistana səfər edəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqının missiyası Azərbaycanla sərhəddə humanitar missiyanın həyata keçiriləcəyi konkret yerləri ziyarət edəcək.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistana missiya göndərməsi barədə razılıq Praqada əldə olunub. Ötən həftə Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. Müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib. Missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Məqsəd etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.