Bu gün, aprelin 28-də Avropa İttifaqının (Aİ) Statistika İdarəsi (Eurostat) Avrozonada və bütövlükdə Aİ-də ÜDM-in dinamikası haqqında məlumatları dərc edib. Əvvəlki rüblə (2022-ci ilin IV rübü) müqayisədə Avrozona iqtisadiyyatı 0.1%, Aİ iqtisadiyyatı isə 0.3% artıb. 2022-ci ilin birinci rübü ilə müqayisədə həm Avrozonanın, həm də Aİ-nin ÜDM-i 1.3% yüksəlib.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Ötən ilin dördüncü rübündə Aİ-nin ÜDM-i illik müqayisədə 1.7% artıb, aylıq isə əksinə, 0.1% azalma nümayiş etdirib.
Reuters-in sorğusuna qatılan analitiklər birinci rübdə bir qədər yüksək dinamika gözləyirdilər: Avrozonada – 0.2%, Aİ-də -1,4%. Buna baxmayaraq, birinci rübdə Avropa iqtisadiyyatının artımı göstərdi ki, Aİ-də tənəzzüllə bağlı bir neçə ay əvvəl səslənən proqnozlar özünü doğrultmayıb.