6 C
Baku
Sunday, December 15, 2024

Aİ-nin xarici işlər nazirləri bu gün Rusiyaya qarşı növbəti sanksiyalar paketini müzakirə edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu gün Brüsseldə planlaşdırılan iclasda Rusiyaya qarşı sanksiyaların 10-cu paketinin fevralın 24-dək tətbiq edilməsini, həmçinin Ukraynaya silah tədarükünü artırmaq üçün Avropa Sülh Fondunda islahatları müzakirə edəcəklər.

Görüşdə Ukrayna və Moldovanın xarici işlər nazirləri Dmitri Kuleba və Nikolay Popesku iştirak edəcək. Diplomatlar həmçinin İrana qarşı əlavə sanksiyaların tətbiqini də nəzərdən keçirəcəklər.

Aİ-nin xarici siyasət idarəsindən jurnalistlərə verilənməlumata görə, “sanksiyalar bazar ertəsi təsdiqlənməyəcək, müzakirələr hələ davam edir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər