7 C
Baku
Sunday, March 3, 2024

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar aprelin 3-də Azərbaycana səfər etməyi planlaşdırır.

İnformasiya mənbələrindən verilən məlumata görə, T.Klaar Gənc Avropa Səfirləri və Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə açılmış Avro Klubun açılış mərasimində iştirak üçün Bakıya səfər edəcək.

Xatırladaq ki, T.Klaar sonuncu dəfə Azərbaycana martın 5-də gəlib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər