Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
Bu barədə Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən məlumat verilib.
“Aİ-nin Xüsusi Nümayəndəsi, cənab Klaarın bu həftə ərzində həm Ermənistana, həm də Azərbaycana səfərləri gözlənilir. Bakı üçün hələlik dəqiq tarix təsdiqlənməyib, lakin bu səfər həftə ərzində, İrəvan səfərindən sonra olacaq”, – məlumatda qeyd olunub.