8 C
Baku
Wednesday, October 30, 2024

Aİ-nin yeraltı anbarlarından sutkada 800 mln. kubmetr qaz götürülür

Dekabrın ortalarında Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarından qaz götürülməsi sutkada 800 milyon kubmetrə çatıb ki, bu da analoji dövr üçün orta göstəricidən təxminən 57 faiz çoxdur. Bu, əksər Avropa ölkələrində temperaturun iqlim göstəricisindən xeyli aşağı olması ilə izah edilir.

Bu barədə “Gas Infrastructure Europe” assosiasiyası məlumat yayıb.

Məlumata görə, dekabrın 13-də Avropa İttifaqı ölkələrində yeraltı anbarlardan götürülən qazın həcmi 804 milyon kubmetr təşkil edib. Artıq bir həftədən çoxdur ki, anbarlardan qazın çıxarılması çoxillik göstəriciləri üstələyir. Avropada isitmə mövsümün başladığı noyabrın 14-dən bəri anbarlardan 10.55 milyard kubmetr qaz götürüb.

Hazırda Avropadakı yeraltı qaz anbarlarında mavi yanacağın səviyyəsi 86.59 faizdir (93.69 milyard kubmetr) ki, bu da son beş ilin müvafiq dövr üçün orta göstəricisindən 10.6 faiz çoxdur.

Həftə ərzində Avropada havaların daha da soyuyacağı proqnozlaşdırılır. Almaniyanın Federal Şəbəkə Agentliyinin proqnozlarında həftə sonu havanın temperaturunun son dörd ildəki orta göstəricidən 3.18 dərəcə aşağı enəcəyi qeyd olunur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər