Avropa İttifaqı (Aİ) İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək üçün ABŞ və İrana təzyiq edir.
Avropa nüvə sazişi ilə bağlı son təklifini bir neçə gün əvvəl edib: “Əgər bu həftə saziş əldə olunmasa, qorxuram ki, danışıqlar ABŞ-da noyabr ayında keçiriləcək seçkilərədək təxirə salınar”, – Aİ diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.
Məlumata görə, İran ABŞ-ın sazişdən imtina etməyəcəyi ilə bağlı zəmanət tələb edir. Avropa isə İranın neft potensialını nəzərə alaraq, sazişin mümkün qədər tez əldə olunmasına maraq göstərir.