26 C
Baku
Saturday, July 27, 2024

Aİ ölkələri Azərbaycandan 25 milyon avro məbləğində meşə fındığı idxal edib

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin birinci yarısında Azərbaycandan 25,395 milyon avro dəyərində (azalma 48,7%) 4,773 min ton qabığı təmizlənmiş meşə fındığı (azalma 43,9%) idxal edib. Bu barədə Aİ-nin Statistika İdarəsinin materiallarına istinadən xəbər verir.

Statistik məlumatlara görə, yanvar-iyun aylarında Azərbaycan Almaniyaya 13,708 milyon avro dəyərində (artım 34,2%) 2,539 min ton (artım 47%), İtaliyaya 7,441 milyon avro dəyərində (azalma 5,1 dəfə) 1,396 min ton meşə fındığı (azalma 4,7 dəfə) ixrac edib.

Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə fındıq alıb.

2022-ci ildə Aİ ölkələri Azərbaycandan 58,103 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 44,5%) 10,061 min ton meşə fındığı (artım 42,7%) idxal edib

Son xəbərlər
Digər xəbərlər