24 C
Baku
Thursday, April 18, 2024

Aİ ölkələri yaxın üç ildə müdafiə xərclərini 70 mlrd. dollar artıracaq

Avropa İttifaqı ölkələri yaxın üç il ərzində müdafiə xərclərini 70 milyard dollar artırmaq niyyətindədir.

Bunu Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel deyib. O, həmçinin Ukraynaya 16 milyard dollarlıq silah və sursat göndərildiyini xatırladıb. “İndi Avropa İttifaqının bütün dövlətləri əllərində olan silahları Ukraynaya göndərməlidir. Onlar göndərdikləri sursatın yerini sonradan doldura bilər”, – deyə Jozep Borrel vurğulayıb.

Aİ nümayəndəsinin sözlərinə görə, Brüssel ilin sonun qədər Kiyevə 1 milyon silah-sursat verməyi və 30 min əsgərə hazırlıq keçməyi planlaşdırır.

Rusiyanın işğalçılıq siyasətini qınamayanların da mövcud olduğunu bildirən Jozep Borrel deyib ki, Avropa İttifaqı dünyanın bütün ölkələrindən Ukraynadakı müharibədə dəqiq mövqe bildirmələrini tələb edəcək. Onun fikrincə, Qərbin dəstəyinin kəsiləcəyi təqdirdə Ukraynanın mövcudluğuna son qoyulacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər