11 C
Baku
Sunday, November 17, 2024

Aİ ölkələri Əfqanıstanda səfirliklərini yenidən aça bilər

Bir sıra Avropa ölkələri Əfqanıstanda səfirliklərini yenidən açmağı nəzərdən keçirir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Avropalı diplomatlardan birinin sözlərinə görə, Brüssel rəsmiləri qadınların hüquqlarını qorumaq və s. üçün Əfqanıstanda diplomatik nümayəndəliklərin açılmasının zəruriliyini qəbul etməyə başlayıblar. Agentlik xatırladıb ki, hazırda Əfqanıstanda yalnız Avropa İttifaqının (Aİ) nümayəndəliyi fəaliyyət göstərir. Bəzi Avropa ölkələri isə “Taliban” hakimiyyətə gəldikdən sonra öz səfirliklərini bağlayıb.

Məlumata görə, xüsusən də İtaliya Əfqanıstandakı səfirliyini yenidən açmağı düşünür. İtaliyanın xarici işlər naziri Antonio Tayaninin sözlərinə görə, ölkənin Qətərdəki səfiri bu yaxınlarda Kabilə səfər edib: “Biz bunun üzərində işləyirik. Problemi həll etmək çox vaxt aparacaq”.

Bildirilib ki, İspaniya da oxşar yanaşmadan istifadə edir. Madrid səfiri mümkün qədər tez Kabilə qaytarmağı planlaşdırır. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares “Bloomberg”ə müsahibəsində vurğulayıb ki, təhlükəsizlik sahəsində minimum şərtlər yerinə yetirilən kimi səfiri geri qaytaracaqlar: “Biz bir ay əvvəl hazır idik, amma təəssüf ki, o zaman İŞİD terrorçuları Əfqanıstanda 3 ispanı öldürdülər”.

Eyni zamanda, Fransa, Britaniya və Almaniya rəsmiləri yaxın vaxtlarda Kabildə nümayəndəliklər açmağı planlaşdırmadıqlarını bildiriblər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər