2025-ci ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana daxil olan birbaşa investisiyaların həcmi 1 mlrd. 442.63 mln. manat təşkil edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2024-cü ildə bu göstərici 2,094.03 mln. manat olub və beləliklə illik müqayisədə 31.1% azalma qeydə alınıb.
Azalma əsasən Macarıstan və Almaniyadan investisiyaların kəskin azalması ilə əlaqəlidir. Macarıstan üzrə investisiyalar 1 mlrd. 18.65 mln. manatdan 366.44 mln. manata enərək 64.0% azalıb, Almaniya üzrə isə 75.30 mln. manatdan 26.33 mln. manata düşərək 65.0% azalma göstərib.
Aİ ölklələrindən Azərbaycan iqtisadiyyatına birbaşa investisiya, mln. $ |
||
| Ölkə | 2024-cü il | 2025-ci il |
| Almaniya | 75.3 | 26.33 |
| Avstriya | 50.36 | 23.78 |
| Estoniya | 0.12 | 14.99 |
| Finlandiya | 2.62 | 30.36 |
| Fransa | 121.91 | 134.32 |
| İsveç | 3.86 | 33.09 |
| İtaliya | 6.8 | 21.96 |
| Latviya | 24.41 | 6.95 |
| Lüksemburq | 26.03 | 10.11 |
| Macarıstan | 1,018.65 | 366.44 |
| Niderland | 43.21 | 33.37 |
Eyni dövrdə Azərbaycan Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 316.50 mln. manat təşkil edib. 2024-cü ildə bu göstərici 245.98 mln. manat olub, yəni illik artım 28.7% səviyyəsində qeydə alınıb.
Artım əsasən İtaliya və Almaniyaya yatırımların artması ilə bağlı olub. Belə ki, İtaliyaya investisiyalar 72.38 mln. manatdan 125.12 mln. manata yüksələrək 72.9% artıb, Almaniyaya yönələn investisiyalar isə 22.94 mln. manatdan 61.73 mln. manata çataraq 169.1% artım göstərib.






