11 C
Baku
Tuesday, November 26, 2024

Aİ ölkələri qazla bağlı razılaşdılar: istehlak 15% azaldılır

Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri qaz istehlakını 15 faiz azaltmaq üçün fövqəladə planla bağlı razılığa gəliblər. Bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, yeni plan bu gün Brüsseldə Birliyin energetika nazirlərinin xüsusi iclasında təsdiqlənəcək.

Diplomatlar DPA-ya təsdiqləyiblər ki, Avropa Komissiyasının (AK) təklif etdiyi plana əsasən, ölkələr 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında qaz istehlakını könüllü olaraq 15 % azaltmalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər