Avropa Komissiyası Rusiyadan almaz alışının qadağan edilməsi ilə bağlı Avropa İttifaqına (Aİ) üzv ölkələrə təklif göndərəcək.
Bu barədə “Frans-Presse” agentliyi məlumat yayıb.
“Avropa Komissiyası baxılmaq üçün üzv ölkələrə göndəriləcək təklifi qəbul edib. 27 üzv ölkənin hamısı bunu təsdiqləsə, bu təklif yekdilliklə qəbul edilə bilər”, – agentlik bildirib.
Daha əvvəl məlumat verilmişdi ki, Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə 120-dən çox şəxsə qarşı yeni məhdudiyyətlər, həmçinin almaz daxil olmaqla, ixracla bağlı sanksiyalar və s. daxil olacaq.