Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsi (Coreper) cümə günü Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı konsensusa gələ bilməyib.
Məsləhətləşmələr həftə sonu davam etdiriləcək.
Məlumata görə, Aİ ölkələrinin daimi nümayəndələrinin görüşü Macarıstan, Slovakiya, Çexiya kimi dövlətlər tərəfindən qaldırılan mübahisəli məsələləri həll etməyə imkan verməyib.
Daimi nümayəndələr səviyyəsində müzakirələr bu həftənin sonunda davam etdiriləcək.