Avropa İttifaqının böyük ölkələri, Çinin ticarət və infrastruktur təşəbbüsü ilə bağlı razılaşma memorandumuna imza atmaq istəyirlər. Onlar “ayrı bir dövlət kimi deyil, bir qrup kimi” fəaliyyət göstərmək istəyirlər. Bu barədə Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmaier bildirib.
Banker.az xəbər verir ki, “Aİ-nın böyük ölkələrində ikitərəfli memorandum imzalamaq istəmədiyimiz bildirdik və razılığa gəldik. Eyni zamanda biz böyük Avropa iqtisadi məkanı və Böyük Çin iqtisadi məkanı arasında lazımi razılaşmalar imzalayırıq”, – deyə Altmaier əlavə edib.
Nazir qeyd edir ki, o, ümidini ÇXR-in iqtisadi əməkdaşlıq təşkilatının sədri olar Xi Jinping-in verdiyi vədlərə bağlayıb. Xatırladaq ki, söhbət Yeni İpək yolu çərçivəsində azad ticarət, çoxtərəflilik və davamlılığın təmin edilməsindən gedir.
“Biz bu vədlərə çox ciddi yanaşırıq” və həm Asiya, həm də Avropa ərazisində bu məqsədlərə çatmaq üçün öz təkliflərimizi irəli sürəcəyik.
Qeyd etmək lazımdır ki, Çin Avropa Birliyi üçün həm əməkdaş, həm də rəqib ölkədir.
2013-cü ildə başlanan “Bir kəmər – bir yol” ticarət və infrastruktur təşəbbüsü, Avropa, Afrika və Yaxın Şərq ölkələrini limanlar, yollar, hava limanları, boru kəmərləri və digər infrastruktur layihələri şəbəkəsi ilə birləşdirmək üçün nəzərdə tutulmuşdu.
Cari ilin mart ayında İtaliya və Çin arasında anlaşma memorandumu imzalanıb, memorandum İtaliyanın Yeni İpək yolunda iştirakını nəzərdə tutur. Vaşinqton qeyd edir ki, bu layihə İtaliyaya iqtisadi baxımından kömək edə bilməyəcək və hətta ölkənin imicinə zərər verə bilər.
Bununla yanaşı, AB-də Çinin “böl və hakim ol” taktikasını istifadə etməsi ilə bağlı narahatlıqlar artmaqdadır.
Çin isə öz növbəsində AB-nin dəstəyinə ümid bəsləyir, ölkə azad ticarət və çoxtərəfliliyə yönəldilmiş tədbirlərdə maraqlı olduğunu qeyd edir. ABŞ isə əksinə olaraq, təcridçilik siyasətinə üstünlük verir.








