Avropa İttifaqı (Aİ) ölkələrində yeraltı təbii qaz anbarlarında doluluq səviyyəsi 90%-lik göstəriciyə çatır.
Bu barədə Avropanın Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) hesabatında deyilir.
Oktyabrın 3-dək Aİ ölkələrində yeraltı təbii qaz anbarlarına 96.53 milyard kubmetr “mavi yanacaq” vurulub.
Beləliklə, hazırda yeraltı anbarlarda doluluq səviyyəsi 89.32 %-ə çatıb.