Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gələ bilməyiblər

Avropa İttifaqı Brüsseldə keçirilən xarici işlər nazirlərinin görüşünədək Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib. Bununla belə, Aİ aralıq sanksiyalar çərçivəsində daha 250 nəfərin qara siyahıya salınmasını planlaşdırır. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib.

“Xarici işlər nazirləri müxtəlif sahələrdə fəaliyyət göstərən 250 nəfərin qara siyahıya daxil edilməsinə ümid edirlər. Aİ eyni zamanda 21-ci sanksiyalar paketi üzərində işi davam etdirir, lakin bu proses hələ başa çatmayıb”, – deyə Kallas qeyd edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər