9 C
Baku
Thursday, December 25, 2025

Aİ Putin və Lavrova sanksiya tətbiq etməyə qərar verdi

Avropa İttifaqı ölkələri rusiya Prezidenti Vladimir Putinlə xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etmək barədə razılığa gəliblər.

Bu barədə Avstriya xarici işlər naziri Aleksander Şallenberq məlumat yayıb. Bildirilir ki, Aİ Putinlə Lavrovun aktivlərinin dondurulmasına razılaşıblar. Belə bir sanksiya paketinin təsdiqlənməsi gözlənilir. Onlar həmçinin Rusiya banklarına və sənayesinə qarşı sanksiyalar tətbiq etmək istəyirlər.

Əlavə edilib ki, Putin və Lavrov tədbirlər çərçivəsində səyahət qadağasına məruz qalmayacaq.

Avropa İttifaqı Putin və Lavrovun bank hesablarını da donduracaq.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sanksiyaların qəbul edildiyi zaman “Rusiya iqtisadiyyatına və siyasi elitasına maksimum təsir göstərəcəyinə” ümid edir.

 

 

Son xəbərlər
Digər xəbərlər