11 C
Baku
Wednesday, December 3, 2025

Aİ qazın qiymətinin məhdudlaşdırılmasını müzakirə edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələr ilkin təklifdən demək olar ki, üçdə bir aşağı olan qazın qiymətinin tavanını müzakirə edəcəklər. “Bloomberg” xəbər verir ki, Aİ-yə sədrlik edən Çexiya hökuməti ötən ay Avropa Komissiyasının təklif etdiyi 275 avro ilə müqayisədə MVt/saat üçün tavan həddini 188 avroya endirməyi təklif edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Təklif energetika nazirləri tərəfindən dekabrın 19-da keçiriləcək iclasda müzakirə olunacaq. Çexiyanın təklifinə görə, Avropanın ən böyük qaz qovşağı TTF-nin indeksi üzrə bir ay və ya bir il irəlidə olan müqavilələr üç gün ərzində 1 MVt/saat üçün 188 avronu keçdikdə, qaz bazarının korreksiyası mexanizmi işə düşəcək.

Dekabrın 15-də Aİ sammitində qazın qiymətinin yuxarı həddi ilə bağlı razılıq əldə olunmayıb.

“Politico” daha əvvəl bildirmişdi ki, məhdudiyyətlər dünyanın ən böyük birjası olan ICE-ni “yararsız” etmək təhlükəsi yaradır. Xüsusilə qazın qiymətinin tavanı ideyası Hollandiya hökuməti tərəfindən son dərəcə mənfi qarşılanıb.

Son xəbərlər
Digər xəbərlər