19 C
Baku
Sunday, May 19, 2024

Aİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endirib

Avropa İttifaqı (Aİ) İordaniya və Namibiya istisna olmaqla, qısamüddətli səyahət üçün icazə verilən ölkələrin siyahısını qısaldıb.

TASS xəbər verir ki, bu barədə Aİ Şurasının dərc olunmuş bəyanatında deyilir.

“Aİ-yə qeyri-məcburi səyahətlə bağlı müvəqqəti məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması ilə bağlı qiymətləndirilmədən sonra səyahət məhdudiyyətlərinin ləğv edildiyi ölkələrin siyahısını yeniləyib”, – deyə məlumatda bildirilir.

Avstraliya, Argentina, Bəhreyn, İndoneziya, Kanada, Qətər, Kolumbiya, Küveyt, Yeni Zelandiya, BƏƏ, Peru, Ruanda, Səudiyyə Ərəbistanı, Uruqvay, Çili, Cənubi Koreya bu siyahıda qalıb.

Bundan əlavə, Aİ öz sərhədlərini Çin vətəndaşları üçün açmağa hazırdır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər