Avropa İttifaqı taxıl müqaviləsi çərçivəsində Rosselxozbank-dan sanksiyaların götürülməsi və onun SWIFT sisteminə yenidən qoşulması imkanlarını müzakirə edir, Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, Aİ “Rosselxozbank”ı SWIFT sistemindən altıncı sanksiyalar paketi çərçivəsində iyunun əvvəlində çıxarıb. Qeyd edək ki, “Rosselxozbank” – Rusiyanın aqrar müqavilələr üzrə ən böyük bankı sayılır.
“Avropa İttifaqı qida və gübrə əməliyyatları ilə əlaqədar sanksiyalar altında olan Rusiya bankları ilə işləməyə imkan yaratmaq istəyir”, – deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.