9 C
Baku
Friday, December 19, 2025

Aİ Rusiya aktivləri üzrə mövqeyini sərtləşdirir

Avropada dondurulmuş Rusiya aktivləri Avropa İttifaqı ölkələrinin ixtisaslaşdırılmış (kvalifikasiyalı) əksəriyyətinin səsverməsi halında blokdan çıxarıla bilər. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuat konfransında bildirib. Konfransın videosu “X” sosial şəbəkəsində dərc olunub.

Onun sözlərinə görə, aktivlər Rusiya Ukraynaya reparasiya ödəyənədək dondurulmuş qalacaq və Aİ bu vəsaitlərdən Ukraynaya verilən kreditin maliyyələşdirilməsi üçün istifadə etmək hüququnu saxlayacaq.

Mətbuat konfransında Avropa Komissiyasının sədri həmçinin Aİ-nin növbəti iki il ərzində Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmaq qərarını açıqlayıb. Onun sözlərinə görə, bu vəsait Aİ-nin kapital bazarlarında borclanması hesabına təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər