11 C
Baku
Monday, November 25, 2024

Aİ Rusiya kömürünün idxalına qoyulan qadağanı təxirə salıb

Avropa Komissiyasının bu gün, aprelin 7-sində təsdiqləməyi planlaşdırdığı kömür tədarükünə qoyulan qadağa avqustun ortalarında – ilkin nəzərdə tutulduğundan bir ay gec qüvvəyə minəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, kömür idxalının mərhələli şəkildə dayandırılması Rusiya əleyhinə sanksiyaların beşinci paketində ən sərt tədbirlərdən biri olacaq. Avropa Komissiyasının məlumatına görə, Avropaya kömür tədarükünə qoyulan qadağalar səbəbindən Rusiya hər il təxminən 4,36 milyard dollar gəlir itirəcək.

Kömür embarqosu Rusiyanın Avropa Birliyinə enerji ixracına qadağa qoyulan ilk hadisə olacaq. Eyni zamanda, agentlik aydınlaşdırıb ki, Aİ-yə qaz və neft tədarükü məhdudiyyətsiz həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər