26 C
Baku
Saturday, July 27, 2024

Aİ: Rusiya neftinə embarqo bu tarixdə tətbiq ediləcək

Avropa İttifaqı Rusiya neftinə tam embarqo doqquz aydan sonra tətbiq edəcək. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla mayın 9-u Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni çıxış edib.

“Bizim təklifimiz ondan ibarətdir ki, 9 aydan sonra neft məhsullarının növündən asılı olaraq embarqo tətbiq edilsin. Daha qısa zaman çərçivəsi neftin dünya qiymətlərinə mənfi təsir göstərəcək ki, bu da bizim hədəflərimizə ziddir”, – deyə Paolo Centiloni söyləyib.

Centiloni qeyd edib ki, bu qərar Avropa iqtisadiyyatına təsir etsə də, “Rusiyaya daha çox zərbə vuracaq”.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Komissiyasının Rusiya neftinin idxalına qadağa qoyulmasını təklif edəcəyini, eyni zamanda belə bir məhdudiyyətin tətbiqinin asan olmayacağını etiraf etmişdi.

Son xəbərlər
Digər xəbərlər