22 C
Baku
Friday, April 26, 2024

Aİ Rusiya neftinə sanksiyalar barədə razılığa gələ bilmədi

Aİ ölkələrinin daimi nümayəndələri bu gün Rusiya neftinə embarqo ilə bağlı razılığa gələ bilməyib.

Bu barədə “Reuters” agentliyi danışıqlarla tanış olan rəsmiyə istinadən məlumat yayıb.

Bildirilir ki, danışıqların cümə axşamı davam etdirilməsi planlaşdırılır.

Avropa Komissiyası bugünkü iclasda Rusiyadan neft idxalına qadağa qoyulmasını təklif edib və bu qadağa xam neft üçün 6 ay, dizel yanacağı və digər neft məhsulları üçün isə 8 aydan sonra qüvvəyə minəcək. Agentliklər qeyd edir ki, Macarıstan və Slovakiyaya embarqoya uyğunlaşmaq üçün daha uzun müddət – 2023-cü ilin sonuna qədər veriləcək.

Bəzi ölkələr, xüsusilə Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstan təklif olunan tədbirlərdən narahat olduqlarını bildirdikləri üçün görüş embarqonun rəsmi qəbulu olmadan başa çatıb.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər