15 C
Baku
Wednesday, April 24, 2024

Aİ Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı razılığa gələ bilməyib

Aİ ölkələri Rusiya neftinin dəyərinin məhdudlaşdırılması səviyyəsi ilə bağlı razılığa gələ bilməyiblər, mənbələr Reuters agentliyinə bildiriblər. Xatırladaq ki, daha əvvəl Rusiya neftinə 65-70 dollar “tavan”ın təyin edilməsi təklif olunmuşdu.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Müqavilə yoxdur. Hüquqi mətnlər artıq razılaşdırılıb, lakin Polşa hələki qiymətlə bağlı razılığa gələ bilməyib”, – mesajda deyilir. İddia olunur ki, polyaklar kompromissə getmir.

Litva, Polşa və Estoniya Rusiya qiymətinin yuxarı həddini 30 dollar səviyyəsində təyin edilməsini təklif edirlər. “Argus Media”nın məlumatına görə, hazırda “Urals” neftinin qiyməti 51.96 dollardır.

G7 müttəfiqləri ilə birgə Aİ sanksiyalarının səkkizinci paketinin bir hissəsi kimi neft qiymətləri üzrə tavan həddinin yaradılması planlaşdırılır. Mexanizmin özü yanacaq daşıyan tankerlərin sahiblərinə müəyyən edilmiş qiymətdən yüksək qiymətə sığorta da daxil olmaqla xidmətlərin göstərilməsinin qadağan edilməsini nəzərdə tutur. Məhdudiyyətin tətbiqi dekabrın 5-nə nəzərdə tutulub. Rusiya qiymət tavanı tətbiq edəcək ölkələrə enerji satmayacağını bəyan edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər