Avropa İttifaqı (Aİ) Rusiya qazının tədarükünə hələki qadağa qoymamağa qərar verib. Bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.
O qeyd edib ki, gələcəkdə qaz embarqosu mövzusu danışıqlar masasına düşə bilər, lakin indiyədək bu müzakirə olunmayıb.
Xatırladaq ki, Makron aprelin ortalarında Fransanın Rusiya qazına ehtiyacı olmadığını desə də, Aİ ölkələrinin hamısının eyni vəziyyətdə olmadığını etiraf edib. Məsələn, Avstriya kansleri Karl Nehammer bildirib ki, onun ölkəsi 80% olaraq Rusiya qazından asılıdır.
Almaniyada hələki Rusiya qazından imtina etməyə hazır deyil. Ölkənin iqtisadiyyat və iqlim problemləri naziri Robert Habekin sözlərinə görə, Rusiyadan tədarükün dərhal dayandırılması Almaniya üçün təhlükəlidir.
Daha əvvəl məlum olub ki, Rusiya 2022-ci ildə Almaniyadan qaz və neft tədarükü üçün rekord məbləğdə 33.9 milyard avro ala bilər. İlin sonunda almanlar Rusiyanın enerji resursları üçün 2021-ci ilə nisbətən 3 milyard avro çox ödəyə bilər.